Rusiyada Masallıdan olan həmyerlimizə fəxri ad verildi - VİDEO
Həmyerlimiz, tatınmış iş adamı, xeyriyyəçi Hikmət Məmmədova Rusiya Federasiyasının Yəhudi Muxtar Vilayətinin FƏXRİ VƏTƏNDAŞI fəxri adı verilib.
Fakt.az AsiyaTV-yə istinadən xəbər verir ki, Vilayət Parlamentinin deputatı, nüfuzlu ictimai xadim Hikmət Məmmədova Yəhudi Muxtariyətinin ali mükafatının verilməsi haqqında qərar qanunvericilik məclisinin payız sessiyasının ilk iclasında deputatlar tərəfindən qəbul edilib. Təklif Vilayətin Qubernatoru Rastislav Qoldenşteyn tərəfindən parlamentə təqdim olunub.
Mükafatın arxasında möhkəm karyera və həyat yolunun dayandığını vurğulayan regional parlamentin sədri Raman Bayko həmyerlimizin haqqında bunları deyib: “Həmkarımız Hikmət Əliheydər oğlu Məmmədov Yəhudi Muxtar Vilayətində və Uzaq şərqdə sahibkarlığın inkişafı üçün çoxlu işlər görüb. O, təkcə ən böyük ticarət evinin yaradıcısı deyil, həm də tanınmış xeyriyyəçidir.
Fəxri ad Hikmət Məmmədova təntənəli şəkildə təqdim edilib.
Qeyd edək ki, Yəhudi Muxtar Vilayətinin FƏXRİ VƏTƏNDAŞI fəxri adı regionun ən yüksək mükafatıdır və 1994-cü ildən etibarən verilir.
Hikmət Məmmədov 1971-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində dünyaya göz açıb. O, Yəhudi Muxtar Vilayətinin deputatıdır.