DataLife Engine / Boşanmaq istəməyən kişi 35 nəfəri öldürdü

Boşanmaq istəməyən kişi 35 nəfəri öldürdü

Çinin cənubundakı Çjuhay şəhərində idman mərkəzinin yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 43 nəfər isə ağır yaralanıb. 
Fakt.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşından boşanmaq istəməyən şəxs yolsuzluq avtomobilini idman mərkəzinin yaxınlığında idman edən insanların böyük bir qrupunun üzərinə sürüb.
Çjuhay polisi açıqlamasında bildirib ki, şübhəli 62 yaşlı Fan adlı kişi avtomobilində özünü bıçaqladığı üçün müalicə olunur.
Ətraf əyalətlərdən yüzlərlə xilasedici təcili yardım göstərmək üçün hadisə yerinə göndərilib və beş xəstəxanadan 300-dən çox tibb işçisi insanların həyatını xilas etmək üçün gecə-gündüz işləyir.
Polisin bildirdiyinə görə, Fan qaçmağa cəhd etdikdən sonra hadisə yerində polis tərəfindən saxlanılıb. O, bıçaqla özünə boynundan ağır xəsarətlər yetirib.Polis bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə həyat yoldaşının Fandan boşanmaq istəməsi səbəb olub. 
13-11-2024, 08:31
Вернуться назад