DataLife Engine / Mütəxəssislərdən xəbərdarlıq: "Uşaqların oyun vaxtı 1 saatdan çox olmamalıdır"

Mütəxəssislərdən xəbərdarlıq: "Uşaqların oyun vaxtı 1 saatdan çox olmamalıdır"

Türkiyəli mütəxəssislər uzun-uzadı ekrana baxan uşaqlarda diqqət əskikliyinin ən əhəmiyyətli səbəblərdən biri olduğunu bildiriblər.
 Fakt.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə ibtidai məktəb yaşı çatan uşaqlar üçün gündəlik ekran vaxtı maksimum 1 saat, 12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün isə 2 saat olmalıdır. 
Onların sözlərinə görə 0-3 yaş arası uşaqlar inkişaf bacarıqlarına görə, mümkünsə, ümumiyyətlə, ekran qarşısında qalmamalıdırlar. Çünki ekrandakı güclü diqqəti yayındıran qüvvələr və güclü sensor stimullar uşaqların idrak bacarıqlarına bərabər deyil. 
3-6 yaş arası uşaqlar isə sadəcə valideyn nəzarəti altında maksimum yarım saat telefon və y aplanşetlə zaman keçirdə bilərlər.
"Bütün ibtidai məktəb yaşlı uşaqlar üçün ümumi gündəlik ekran vaxtının 1 saatdan çox olmamasını tövsiyə edilir. 12 yaş və yuxarı uşaqlar və böyüklər üçün bütün ekrandan istifadənin 2 saatla məhdudlaşdırılmasını tövsiyə edirik. Bu yaşdan kiçik uşaqlar üçün zamana diqqət yetirmək xüsusilə vacibdir. 12 yaşında bir yeniyetmənin telefonu və ya sosial mediada öz hesabı varsa, biz onları kiber zorakılığa qarşı qorumaq üçün ailə nəzarətinin gücləndirilməsini vacib hesab edirik" deyə türkiyəli mütəxəssislər bildirib
12-11-2024, 21:20
Вернуться назад