Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Fakt.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 7-də saat 18:40 radələrində 1985-ci il təvəllüdlü E. Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində piyada 2012-ci il təvəllüdlü Məhəmməd Qarayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.