Astara Rayon Polis Şöbəsinin rəhbərliyi Zəfər Günü ərəfəsində Vətən müharibəsinin şəhidi, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət edib.
Fakt.az xəbər verir ki, gətirdikləri bayram sovqatını təqdim edib, şəhid hərbi qulluqçunun xatirəsini yad ediblər.
Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.