DataLife Engine / Tik-Tok bu ölkədə qadağan edildi

Tik-Tok bu ölkədə qadağan edildi

Kanada hökuməti Çində fəaliyyət göstərən sosial media tətbiqi TikTok-dan milli təhlükəsizliklə əlaqədar Toronto və Vankuverdəki ofislərini bağlamağı tələb edib.

Fakt.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua-Filip Şampan bu qərarın hərtərəfli təhlükəsizlik araşdırmasına əsaslandığını açıqlayıb.
 
Şampan, "TikTok-un fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldik" deyib və ictimaiyyətin təhlükəsizlik narahatlığını anlayacağına ümid etdiyini söyləyib.

Kanada Təhlükəsizlik Kəşfiyyat Xidməti (CSIS) də Çin hökumətinin tətbiqin istifadəçi məlumatlarını geniş miqyaslı məlumat toplama hədəflərinə daxil edə biləcəyini bildirərək, kanadalıları tətbiqdən uzaq durmaq barədə xəbərdar etdi.
 
TikTok isə bu qərardan sonra hüquqi etiraz hazırladığını açıqlayıb.

7-11-2024, 11:17
Вернуться назад