DataLife Engine / “Köhnə çamadanlar” Türkiyədə nümayiş olunacaq

“Köhnə çamadanlar” Türkiyədə nümayiş olunacaq

8 noyabr – Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq.

Asiya.az xəbər verir ki, noyabrın 6-da “CSO Ada”- Ankaranın Mərkəzi Tarixi Salonunda filmin Türkiyə qalası baş tutacaq.
Nümayiş Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin,  AHİD – Ankaralılar Dərnəyi, eləcə də  Altındağ Bələdiyyəsi, “Qazi” Universiteti, Türkiyədəki  Dünya Qadınlar Birliyi, “Çinar” Qadınlar təşkilatı, “Kraton clinik” və digər təşkilatların dəstəyi ilə reallaşacaq.
Nümayişdən öncə  “Qadın, sülh, zəfər” adlı rəsm sərgisi də təşkil olunacaq. Burada sənətsevərlər türkiyəli rəssamların müharibə və qadın mövzusundakı rəsm əsərlərini izləyəcəklər.
Məlumat üçün deyək ki, “Köhnə çamadanlar” film Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirir. 
Müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.
Filmdə Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M. Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və başqaları rol alıblar.
Bundan başqa filmdə İkinci Qarabağ Müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan film 2021-ci ildə istehsal olunub
1-11-2024, 19:54
Вернуться назад