İsrail ordusu Livanın cənubunda təcili yardım maşınlarına raket zərbələri endirib.
Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, hücumda 8 nəfər tibb işçisi həyatını itirib.
Livanın səhiyyə naziri Firas əl-Ebyad beynəlxalq ictimaiyyəti məsuliyyətlərini üzərinə götürməyə və vəzifələrini yerinə yetirməyə çağırıb.