Masallıda yetkinlik yaşına çatmayanların maarifləndirilməsi tədbiri keçirilib.
R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Taleh Əkbərov açaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev, veteran polis Tofiq Şahmarov və başqaları çıxışlar ediblər.
Daha sonra tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb. Tədbirin sonunda məktəbin direktoru Taleh Əkbərov Masallı RPŞ-nin rəisi polis polkovniki Ağayev Ağayev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.