UEFA-nın rəsmi saytı Toral Bayramovun qolunu səsverməyə çıxardı

UEFA-nın rəsmi saytı Toral Bayramovun qolunu səsverməyə çıxardı

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu adına namizədləri elan edib.

Fakt.az QOL.AZ-a istinadən xəbər verir ki, 4 namizəd arasında "Qarabağ”ın futbolçusu Toral Bayramov da var. 

23 yaşlı futbolçu dünən komandasının "Bodo Qlimt”lə (Norveç) səfər matçında (2:1) uzaq məsafədən gözəl qol vurub.

Toralla yanaşı, "Qalatasaray”dan Yunus Akgün, "Ayntraxt”dan Omar Marmuş və "Ludoqorets”dən Erik Markusun qolları da namizədlər sırasındadır.

Qalib UEFA-nın saytında keçirilən səsvermədən sonra müəyyənləşəcək.