Yardımlıda 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb

Yardımlıda 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb

Yardımlı şəhərində bir market və bir geyim mağazasından ümumilikdə dəyəri 4500 manatlıq oğurluq edilib.

Asiya.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Araşdırma aparılır